29 Noyabr, 2016
"Qarabağ" - "Qəbələ" oyununda mərhum futbolçu yad edilib

Azərbaycan Premyer Liqasının XIII turunda keçirilən "Qarabağ" - "Qəbələ" oyunundan əvvəl komandalar bir neçə gün öncə dünyasını dəyişmiş gənc futbolçu Şəhriyar Xəlilovu yad ediblər.

"Report"un məlumatına görə, "Qəbələ" üzərində mərhumun şəkli olan köynəklərlə meydana çıxıb. Start fitindən əvvəl birdəqiqəlik sükut elan olunub. Bundan başqa, komandalar "Qadınlara qarşı zorakılığa yox deyək" kampaniyasına da qoşulduqlarını bəyan ediblər.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!