29 Noyabr, 2016
Mətbuata qadağa qoyuldu - MİLLİ MƏCLİS

Azərbaycanda insan orqanlarının transplantasiyası barədə reklamın tibbi ixtisaslaşması olmayan mətbuat, televiziya və digər vasitələrdə yerləşdirilməsi qadağan olunur. Simsar.az-ın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən iclasında “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Qanunun 16-cı maddəsinə edilməsi nəzərdə tutulan dəyişikliyə əsasən, transplantasiya barədə reklam yalnız tibb sahəsində ixtisaslaşdırılmış mətbu nəşrlərdə, tibbi işçiləri və əczaçılar üçün keçirilən tədbirlərdə yayımlana biləcək. Layihə parlamentdə səsverməyə qoyularaq qəbul olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!