29 Noyabr, 2016
Hacı Şahin Həsənli: "Məlumatsızlıq olan yerdə radikalizm çiçəklənir"

"Məscidlərdə xütbələr zamanı gəncləri elm öyrənməyə səsləyən fikirlərə yer verilməlidir".  "Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli deyib.

Onun sözlərinə görə, İslam dini inkişafın tərəfdarıdır: "İslam dinində dayanmaq, bir gün inkişafdan qalmaq tənəzzülə bərabərdir. İslamda mərkəzdə insan və onun mənafeyi dayanır. İstənilən yenilik ağlın süzgəcindən keçirilərək qəbul edilə bilər".

Ş.Həsənli bildirib ki, milli mentalitet, dəyərlər adət-ənənə toxunulmaz deyil və təftiş edilə bilər: "İslam insana faydalı olan yeniliyin, inkişafın tərəfdarıdır. Məlumatsızlıq olan yerdə radikalizm çiçəklənir. Buna qarşı mübarizə aparmağın yolu doğru şəkildə maarifləndirilmədir. Məktəbdə din ziyalılar tərəfindən öyrədilməlidir".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!