28 Noyabr, 2016
Vəzərinin sağlamlıq üçün faydaları

Simsar.az xəbər verir ki vəzərinin həm yabanı, həm də dirrikdə becərilən növü var. Keçmişdə bu bitki sağlamlıq və güc rəmzi kimi tanınıb. Tərkibində bədən üçün lazım olan bir sıra faydalı maddələr olduğundan ona sağlamlıq göyərtisi adı veriblər. O, infeksiyaya qarşı münasibdir, bağırsaqlar üçün, tənəffüs sisteminin tənzimlənməsində xeyirlidir. Astma, zökəm, qara öskürək  hallarında səhərlər onun şirəsindən istifadə etmək məsləhət görülür. Vəzərinin suyunu şirin badam və ya zeytun yağı ilə böyrək və sidik kisəsi ağrısı zamanı işlədirlər.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!