28 Noyabr, 2016
Musiqi Akademiyasında ustad dərsləri keçirilir

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Polşanın tanınmış musiqiçiləri tərəfindən ustad dərslərinə keçirilir.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, ustad dərsləri polşalı professorlar Jolt Tixamor Vişontay (violin) Mark Van de Vil (klarnet) Endryu Kreşçi (tuba) iştirakı ilə baş tutub. İki gün davam edəcək ustad dərsləri Polşanın Adam Mitskeviç İnstitutu tərəfindən həyata keçirilən “CULTURE ORCHESTRA” layihəsi çərçivəsində gerçəkləşib.

Ustad dərslərinin sonuncu günü Bakı Musiqi Akademiyasında konsert proqramı təşkil olunacaq.

Dərslərdə ən yaxşı nəticə əldə edən tələbələr beynəlxalq orkestrin tərkibində Avropaya qastrol səfərinə dəvət alacaq.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!