26 Noyabr, 2016
Fidel Kastro dekabrın 4-də dəfn ediləcək

Kuba inqilabının lideri Fidel Kastro dekabrın 4-də dəfn ediləcək. APA-nın məlumatına görə, bu barədə “France-Presse” hökumətə istinadən məlumat verib. Dəfn mərasimi Santyaqo-de-Kuba şəhərində baş tutacaq. Daha əvvəl onun meyitinin bu gün yandırılacağı barədə məlumat verilib.

Qeyd edək ki, Fidel Kastro bu gün səhərə yaxın 90 yaşında vəfat edib. F. Kastronun vəfat xəbərini Kuba dövlət televiziyasında Raul Kastro açıqlayıb. Kubada matəm elan olunub.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!