25 Noyabr, 2016
Lukaşenko gələn həftə Bakıya gəlir

Belarus Prezidenti Aleksandr Lukaşenko noyabrın 28-29-da Azərbaycana rəsmi səfər edəcək.Səfərin proqramına əsasən, Azərbaycan və Belarus prezidentlərinin təkbətək və geniş tərkibdə görüşləri nəzərdə tutulur. Prezidentlər Belarus-Azərbaycan münasibətlərinin inkişaf perspektivləri, o cümlədən, ticari-iqtisadi əməkdaşlıq, birgə layihələr üzrə iş, investisiyalar, aqrar-sənaye kompleksi, idman sahələrində əməkdaşlıq məsələləri ilə bağlı müzakirə aparacaqlar.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!