25 Noyabr, 2016
Azərbaycanlı və israilli musiqiçilərin konserti olacaq

Azərbaycanlı və israilli musiqiçilər bir səhnədə çıxış edəcək. İsrailin Azərbaycandakı səfirliyindən Simsar.az -a verilən məlumata görə, bu, Bakıda keçiriləcək "Sound Wave" konsertində baş tutacaq. Konsertdə İsraildən Şem Tova Levi, Qadi Ben Eliş və azərbaycanlı muğam ifaçıları Hüseyn Məlikov, Sahib Paşazadə, Toğrul Əsədullayev və Soltan Əliyev çıxış edəcəklər.

Konsert dekabrın 3-ü Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!