23 Noyabr, 2016
Azərbaycanın qadın boksçusu Avropa çempionu olub

Bolqarıstanın paytaxtı Sofiyada qadın boksçular arasında Avropa çempionatının final görüşləri start götürüb. "Report"un Şərqi Avropa bürosu xəbər verir ki, 69 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Yelena Vıstropova finalda türkiyəli idmançı Sema Çalışkanı məğlub edərək Avropa çempionu olub. Beləliklə, Azərbaycan yığması çempionatda ilk qızıl medalını qazanıb.

Qeyd edək ki, bundan əvvəl Avropa çempionatında ölkəmizi təmsi edən qadın boksçulardan Anna Əlimərdanova (54 kq) gümüş, Leyla Cavadova (81 kq) və Aynur Rzayeva (+81) isə bürünc medal qazanıblar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!