23 Noyabr, 2016
Türkiyədə zəlzələ olub

Türkiyənin Van əyalətində 4,1 və 4,6 bal gücündə iki dəfə yeraltı təkan qeydə alınıb. Simsar.az Türkiyə mətbuatına istindaən xəbər verir ki, bu barədə Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Yeraltı təkanları Araşdırma İnstitutu məlumat yayıb. Xəbərdə bildirilib ki, birinci zəlzələ Bakı vaxtı ilə saat 14:03-də Vanın Özalp rayonunda 4,1 bal gücündə olub. İkinci yeraltı təkan isə saat 16:14-də yenə həmin rayonda 4,6 bal gücündə qeydə alınıb. Zəlzələ nəticəsində xəsarət alan və dağıntı olmayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!