23 Noyabr, 2016
Astana Nazarbayev olur - Qazaxıstan Parlamenti

Qazaxıstan parlamentinin deputatları paytaxt Astananın adının dəyişdirilməsi ilə bağlı təklif irəli sürüb. TASS  xəbər verir ki, deputatlar paytaxtın adının dəyişdirilərək Nursultan Nazarbayevin adının qoyulmasını istəyirlər.

Parlamentarilər bu təşəbbüsü Qazaxıstan qanunvericilik orqanın hər iki palatasının birgə iclasında səsləndirib. “Ölkə konstitusiyasında inkişafa verdiyi böyük töhfəyə görə, ölkənin ilk prezidenti – xalqın lideri Nursultan Abışeviç Nazarbayevin adını vurğulamağı təklif edirik. El başı (xalqın lideri) paytaxtın adında və digər önəmli obyektlərdə öz əksini tapmasını istəyirik”, - deyə Qazaxıstanın müstəqilliyinin 25 illiyi ilə bağlı hazırlanan bəyanatda bildirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!