21 May, 2011
Kriştiano Ronaldonun transfer qiyməti nə qədərdi?

"Real" ulduz futbolçunu satmaq istəyir?

«Kral klubu» Ronaldunu yalnız 240 milyon dollara sata biləcəyini elan edib. Fanat.az xəbər verir ki, bəzi məlumatlara görə, bu, Kriştianu ilə bağlı təkliflərin qarşısının alınması üçün edilib. Digər mənbələr isə portuqaliyalı futbolçu ilə «Real»ın baş məşqçisi Joze Mourinyo arasında fikir ayrılığının yarandığını, bu səbəbdən klubun onu satmağa qərar verdiyini söyləyir.
Qeyd edək ki, Ronaldu Çempionlar liqasının yarımfinalında «Barselona»ya məğlubiyyətdən sonra Mourinyonun taktikasını tənqid etmişdi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!