22 Noyabr, 2016
Bakıda pulsuz Türk filmləri nümayiş olunur

Nizami Kino Mərkəzində Türkiyənin Mədəniyyət və Turizm  Nazirliyi, Türkiyənin Azərbaycandakı səfirliyi,  TİKA agentliyi, “Yunus Əmrə” cəmiyyətinin  təşkilatçılığı ilə  “Türk  Filimləri Həftəsi” başlayır. Açılış mərasimi bu gün “Kalandar Soğuğu” bədii filminin nümayiş ilə başlayacaq.

Türk Filmləri  Həftəsi  ərzində   noyabrın  23-də saat   15:10 yenidən “Kalandar Soğuğu”, saat 20:10 “Deliormanlı”, noyabrın 24-də saat 15:00-da “Son Mektup”,19:30-da “Birleşen Yollar”,  noyabrın 25-də saat 15:00-da  “Birleşen Yollar”, 19-30-da rejissor Ahmet Sönmezin  “Elveda Katya” və  noyabrın  26-da  saat 15:00    rejissor Özhan Erenin “ Son Mektup”     bədii filmləri təqdim olunacaq.

Nümayişlərə giriş sərbəstdir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!