21 Noyabr, 2016
"Onun təyinatı ilə istefası arasında heç bir fərq yoxdur"-İdman jurnalisti

"Bəhram Bağırzadənin Müşahidə Şurasına seçilməyində məqsəd o idi ki,ictimai əlaqələr qurulsun. Yani ki,burada Bəhram Bağırzadənin şəxsi nüfüzundan istifadə etmək niyyəti var idi".  Simsar.az xəbər verir ki,bunu futbolpress.az saytının baş redaktoru Elçin Cəlilov Bəhram Bağırzadənin "Neftçi"-nin Müşahidə Şurasından istefa xəbərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, B.Bağırzadənin bu addımı atacağı gözlənilən idi:"İlk vaxtlar Bəhram bəy azərkeşlərlə geniş görüşlər, bilet aksiyaları keçirirdi. Ancaq buna baxmayaraq, tərpəniş, samballı bir hərəkət olmadı.Yenə də həmin azarkeş kütləsi oldu.Əsas məsələ budur ki, futbol nəticələri yaxşı olmadığına görə, komandaya qarşı azarkeşlər azaldı.Fikrimcə,Bəhram Bağırzadənin Müşahidə Şurasında funksionallığı böyük deyildi. Onun təyinatı ilə istefası arasında heç bir fərq yoxdur.Bağırzadənin getməyi komandanın nəticələrinə yaxud, ümumi imicinə təsir etməyəcək.Onun istefası gözlənilən idi".-deyə E.Cəlilov bildirib.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!