21 Noyabr, 2016
Kamran Ağayev kuboka əlvida dedi

Azərbaycan millisinin futbolçuları Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi “Boavişta” ötən gecə növbəti oyununa çıxıb.

Simsar.az xəbər verir ki, Portuqaliya Kubokunun 1/16 final oyununda “Boavişta”nın rəqibi "Vitoriya de Qimaraynş" olub. Əsas vaxtı 1:1 hesabı ilə başa çatan qarşılaşmada "Vitoriya" futbolçuları 118-ci dəqiqədə vurduqları qolla qələbə qazanıblar - 2:1. Bununla da "Boavişta" ölkə Kuboku uğrunda mübarizəni dayandırıb.

Qeyd edək ki, Kamran Ağayev meydana start heyətində çıxıb. Emin Mahmudov isə ehtiyatda qalıb.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!