19 Noyabr, 2016
Veteran cüdoçumuz qızıl medal qazandı

Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli ABŞ-ın Florida ştatında keçirilən dünya çempionatında qızıl medal qazanıb. 90 kq çəki dərəcəsində çıxış edən Rəcəbli mübarizəyə 1/4 final mərhələsindən başlayıb.

O, əvvəlcə çexiyalı Yaroslav Banszelə 2 dəqiqə 20 saniyəyə ipponla qalib gəlib. Yarımfinalda finlandiyalı Yukka Laytinen cərimə xallarının çoxluğu üzündən məğlub edilib. Həlledici qarşılaşmada isə Rəcəbli rusiyalı Vladimir Markelovu 2 dəqiqə 33 saniyəyə ipponla üstələyərək, dünya çempionu olub.

Qeyd edək ki, Azərbaycanın daha bir təmsilçisi Arif Qasımov 100 kq çəki dərəcəsində 5-ci yerlə kifayətlənib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!