17 Noyabr, 2016
Bülənt Korkmaz Bakıdadır

Türkiyə futbolunun əfsanələrindən olan Bülənt Korkmaz yenidən Bakıya gəlib. Simsar.az -ın məlumatına görə, bunu sabiq müdafiəçinin özü açıqlayıb. Sosial şəbəkədə paytaxtımızdan şəkil paylaşan Korkmaz Azərbaycana münasibətini yazısı ilə nümayiş etdirib: “Qardaş ölkə Azərbaycan”.

“Qalatasaray” və Türkiyə millisindəki futbolçu karyerasının ardından uğursuz məşqçi fəaliyyəti ilə tanınan Korkmaz 2009/10 mövsümünün gedişində “Bakı”nı çalışdırıb. Həmin vaxtdan ölkəmizdə əlaqələri möhkəmlənən çalışdırıcının şəxsi işləri üçün gəldiyi ehtimal edilir.

Qeyd edək ki, Korkmazın son iş yeri bu il ayrıldığı “Mersin İdman Yurdu” olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!