21 May, 2011
Vertolyot dənizə düşdü

Qəzada 4 nəfər ölüb

Mayın 20-də axşam saatlarında Türkiyənin İstanbul Polis Təşkilatına məxsus vertolyot dənizə düşərək, parçalanıb. 

Simsar.az-ın Türkiyə mətbuatına istindən verdiyi xəbərə görə, qəzaya uğrayan vertolyotda 5 nəfər heyət üzvü olub. Dənizə düşən vertolyotdan yalnız pilot sağ çıxıb. O, yaralı olmasına baxmayaraq, üzərək dənizdən çıxmağı bacarıb. Pilotun İstanbul polis rəisinin müavini Kamal Özdəmir olduğu bildirilir. 

Qəzada ölən digər 4 nəfərdən biri uşaq olub.

Qəzaya vertolyotda texniki nasazlığın səbəb olduğu ehtimal edilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!