17 Noyabr, 2016
Taekvondoçumuz bürünc medal qazanıb

Kanadanın Burnabı şəhərində gənc taekvondoçular arasında dünya birinciliyi start götürüb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması yarışın ilk gününü medalla başa vurub. 45 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Ayaz Qəmbərli Nikolas Delayeni (Qvadelupe) 14:0, Omar Şarakini  (Misir) 7:1, Rabil Saqitjanovu (Qazaxıstan) 14:4 hesabı ilə məğlub edərək, yarımfinala yüksəlib. Lakin həmyerlimiz finala gedən yolda Çin Taypeyini təmsil edən Çanq Çenq-Çun səddini keçə bilməyib. O, gərgin keçən döyüşdə qızıl xalla uduzaraq, bürünc medalla kifayətlənib.Digər idmançılarımız Cavid Məmmədov (48 kq), Mehriban Məmmədova (42 kq) və Aliyə Zeynalova (44 kq) 2-ci mərhələdə uduzublar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!