17 Noyabr, 2016
Faiq Ağayevin sevgi etrirafı

Bu gün xalq artisti Faiq Ağayevin səhnə fəaliyyətinin 28 ci ildönümüdür. Bununla bağlı sənətkar öz şəxsi facebook səhifəsində yazaraq, tamaşaçılarına sonsuz sevgisini etiraf edib.

"Artıq 17 noyabrdır. Və bu, o deməkdir ki, səhnə fəaliyyətimin tam 28 ili tamam oldu.  Bu illər ərzində ən böyük qazancım təmənnasız tamaşaçı məhəbbəti oldu. Şükür Yaradana! Məni bu mərtəbəyə layiq görən Vətənim, Xalqım! Verdiyiniz dəyər ən böyük varlığımdır! Nə yaxşı ki, varımsınız! Məni sevməkdə davam edin! 29-30 dekabrda "FA_made_in_Azerbaijan" adlı konsertimdə görüşənədək! Sizi dəlicəsinə sevən, Faiq Ağayev!"

Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!