21 May, 2011
Anar Məmmədxanovun Facebook səhifəsi açıqdır

 Elnur Baimov : Anar neçə il idi ki, ”Eurovision"nda qalib gələcəyimizi gözləyirdi 

Şən və Hazırcavablar Klubunun prezidenti, “Bakılı oğlanlar” komandasının kapitanı Anar Məmmədxanovun ölümündən bir ay ötür. Yaxınları, dostları isə onun ölümünə hələ də inana bilmirlər. 

Day.az saytının rəhbəri Elnur Baimov “Yeni Müsavat”a açıqlamasında Anar Məmmədxanovun ölümü ilə həyatında böyük bir boşluq yarandığını dedi: “Anarın ölümü böyük rezonans doğurdu. Gözlənilməz idi. Onun ölümünə əhalinin müxtəlif təbəqələri reaksiya verdi. Anar bu adamların məhəbbətini qazanmış insan idi. Onun Facebook səhifəsi də açıq qalıb. Hər gün ora onlarla şərh yazılır. Heç kim də Anarın ölümünü qəbul etmək istəmir. Azərbaycan ”Eurovision"nda qalib gəldiyi günün səhəri Anarın qəbiri üstünə çoxsaylı adamlar gəlmişdi. Hamı bilirdi ki, Anar neçə illərdir bu qələbəni gözləyirdi. Buna görə də tanımadığımız adamlar onun qəbrini ziyarət edirdi..."
Aprelin 23-də ürək çatışmazlığından vəfat edən Anar Məmmədxanov beləcə insanların yaddaşında xoş xatirələrlə qalıb. Ölümündən bir ay ötsə də, hamı onu xatırlayır, ondan danışır...
Allah rəhmət eləsin!

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!