16 Noyabr, 2016
AFFA Klublar Komitəsinin iclasının gündəliyi müəyyənləşdi

AFFA Klublar Komitəsinin bu gün keçiriləcək iclasının gündəliyi müəyyənləşib. Simsar.az-ın  məlumatına görə, saat 11:00-da "Boulevard Hotel"də başlanacaq toplantıda Azərbaycan Premyer Liqası klublarının rəsmiləri 4 məsələ müzakirə edəcəklər.

İlk olaraq, Azərbaycan çempionatında komandaların sayının müəyyənləşdirilməsi ilə bağlı AZAL-ın təklifi dinləniləcək. Ardından AFFA-nın Texniki Departamentinin əməkdaşları ilə görüş olacaq. Görüşdə məşqçi kursları ilə bağlı suallara aydınlıq gətiriləcək. Digər məsələ uşaq liqalarında komanda nümayəndələri tərəfindən hakimlərə qarşı zorakılıq halları gündəmə gətiriləcək. Klub nümayəndələri digər məsələləri də müzakirə edəcəklər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!