15 Noyabr, 2016
Nanə haqqında bilmədikləriniz

Nanə bədənə istilik və quruluq verir, mədə və ürək faliyyətini qüvvətləndirir. Xörəkdə nanə işlətmək həzmə kömək edir, mədə üçün faydalıdır, bağırsaq qazını özünə hopdurur, qatı qanı durulaşdırır. Nanədən alınan cövhər mədənin artiq şirə ifraz etməsinin qarşısını alır, mədə xorasından olan ağrıları sakitləşdirir, alına və gicgaha sürtdükdə başağrılarını azaldır. Yarpaqlarını qurudub xörəyə, qatığa  və ayrana qataraq işlədirlər. O, xoş ətirli olmaqla yanaşı mikrobları məhv edir, zəhərli maddələri  zərərsizləşdirir. İnfeksiyaya qarşı müqaviməti güclü  olduğundan keçmişdə çirkli yaraları yuyarkən nanəli sudan istifadə ediblər.  Qanı qatı və yağlı olanlara çay əvəzinə nanə dəmləyib içmək tövsüyə edilir. Diş ağrıyan zaman  nanə çeynəmək, ürəkbulanmaya qarşı və iştahanı artırmaq üçün onu naşərabla yemək məsləhətdir.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!