21 May, 2011
“Xalq Cəbhəsi” qəzetinin saytı dağıdıldı

Hakerlər üç dəfə hücüm edib

Bu gün “Xalq Cəbhəsi” qəzetinin internet saytına (www.xalqcebhesi.az) haker hücumu olub. Bu barədə məlumatı Milli.Az xəbər portalına qəzetin baş redaktoru Elçin Mirzəbəyli verib. Onun sözlərinə görə, hücum nəticsində sayta bütün istiqamətlərdən daxilolmalara blok qoyulub. 

Artıq saytın bərpa olunması istiqamətində iş aparılır. Baş redaktorun dediyinə görə, bu, son bir ay ərzində “Xalq Cəbhəsi”nin internet saytına edilən sayca üçüncü haker hücumudur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!