21 May, 2011
Bir ildən sonra Azərbaycan ordusu necə silahlanacaq

Yavər Camalov bu barədə açıqlama verdi

Azərbaycan 2012-ci ilin sonundan Silahlı Qüvvələri iri çaplı döyüş sursatları ilə tam təchiz edəcək. Bu barədə APA-ya eksklüziv açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Y. Camalovun sözlərinə görə, hazırda Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 5.45 mm çaplı güllələrdən 30 mm-ə qədər, o cümlədən minaatanlar və qumbaraatanlar üçün bütün döyüş sursatları istehsal olunur.

«Bu ildən 85 mm-dən 155 mm qədər döyüş sursatlarının istehsalının qurulması layihəsinə başlamışıq. 2012-ci ilin sonundan ordunu həmin döyüş sursatları ilə tam təmin edəcəyik», - deyə nazir vurğulayıb.

Nazir bu il rəhbərlik etdiyi qurumun 18 milyon ABŞ dolları həcmində ixracat planlaşdırdığını deyib.

Qeyd edək ki, ötən illə müqayisədə MSN-in güc strukturlarından aldığı sifarişlərin həcmi 6 dəfə artıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!