14 Noyabr, 2016
Türkan Şoray Bakıya gəlir

Türkiyənin tanınmış aktrisası Türkan Şoray Bakıya gəlir.

Simsar.az xəbər verir ki, aktrisa Bakı Yunus Emre İnstitutu və Xəzər Universitetinin birgə əməkdaşlığı ilə Bakıya dəvət olunub. O, noyabrın 18-də, saat 12.00-da, Bakı Yunus Emre İnstitutunda tələbələrlə bir araya gələcək. Eyni zamanda Türkan Şorayın yeni albumunun tanıtımı və imza günü keçiriləcək.

PROQRAM:

1. Video Çarx (Türkan Şoray hakkında və “Olmaz Olmaz” mahnısının klipi)

2. İlin ən yaxşısı mükafatının təqdim edilməsi (Türkan Şoray - Zeynəb Xanlarova)

3. Türkan Şoraya Bakı Yunus Emre İnstitutunun müdiri İbrahim Yıldırım tərəfindən özəl hədiyyənin təqdim edilməsi

4. İnstitutun "Şərəf Dəftəri"nin Yazılması

5. İmza Günü

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!