21 May, 2011
Çavuşun güllələnməsinə Müdafiə Nazirliyi reaksiya verdi

Nazirlik hadisəni təsdiqlədi

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 20-də saat 18.05-dən 18.15-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 15.45-dən 16.10-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 20-də saat 20.00-da Ağdam rayonunun Şıxlar kəndi yaxınlığındakı düşmən mövqeyindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun kiçik çavuşu Məmmədov Rəhman Eldar oğlu şəhid olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!