14 Noyabr, 2016
Messi "Barsa"dan ayrılır?

İspaniyanın  "Barselona"komandasının futbolçusu Lionel Messi klubla müqaviləsini uzatmaq istəmir. "Report"un "Marca"ya istinadən verdiyi məlumata görə, Argentina yığmasının hücumçusu bu qərarı yayda ailəsi ilə birgə istirahət etdiyi vaxt verib. Hazırda Messi anlaşması bitənədək "Barsa"dan ayrılacağını istisna etmir. Klub prezidenti Xosep Mariya Bartomeu ondan sakitliyini qorumağı və öz niyyətini daha diqqətlə götür-qoy etməyi xahiş edib. Bartomeu 29 yaşlı forvarda transfer kompensasiyasının 250 milyon avro təşkil etdiyini də xatırladıb.  Qeyd edək ki, Lionel Messinin "Barselona" ilə hazırkı müqaviləsi 2018-ci ilin yayınadək qüvvədədir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!