12 Noyabr, 2016
Darçın agizdakı pis qoxunu yox edir

Darçın bədənə istilik verir. Orqanizmdə olan qazları özünə hopdurur, quruducu və yumşaldıcı xusisiyyətə malikdir. Sidikqovucu təsiri vardır. Əhval – ruhiyyəni yaxşılaşdıran darçın bədənin fiziki və mənəvi qüvvəsini  saxlamağa kömək edir. Onu soyuqdəymə, zökəm, bəlğəmli öskürək, ürək döyüntsü, böyrək ağrısı, sidik tutulması, qara ciyər xəstəllikləri hallarında profilaktik məqsədilə işlətmək münasibdir. Darçın səsi qatı bəlğəmdən təmizləyir, nəfəs borusunda olan yapışqanlı rutubəti aparır, ağızdan gələn pis qoxunu yox edir. Soyuqdəymə və sinir sistemi

xəstəlikləri zamanı münasib sayılır. Qızdırması olan adamlarda baş ağrısı verir. Darçın yağını bədənə sürtmək və masaj etmək iflic və əsməcə zamanı faydalıdir.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!