21 May, 2011
Düşmən hərbiçimizi öldürdü

Məmmədov Rəhman Eldar oğlu aldığı güllə yaralarından həlak olub.

Bu gün saat 20-21 radələrində Ağdamın Baş Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən Ermənistan Silahlı Qüvvələrinin açdığı atəş nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Məmmədov Rəhman Eldar oğlu aldığı güllə yaralarından həlak olub.

Rəhman Məmmədov Ağdam hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Müddətdən artıq xidmətdə olan hərbi qulluqçu idi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!