11 Noyabr, 2016
Zığ mədəniyyət evinə yeni direktor təyin olunub

Zığ qəsəbəsinin mədəniyyət evinə yeni direktor təyin olunub. Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsindən Simsar.az -a verilən məlumata görə, bu vəzifəyə Tacirə Ramazan qızı Məmmədova gətirilib. Qeyd edək ki, İdarənin mədəniyyət evlərində işin təkmilləşməsi və qüsurların aradan qaldırılması ilə əlaqədar bir sıra kadr dəyişiklikləri edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!