10 Noyabr, 2016
Yuğ Dövlət teatrı beynəlxalq festivala dəvət alıb

Simsar.az xəbər verir ki, Yuğ Teatrı noyabrın 7-8-də paytaxtımız "Multikulturalizm və teatr" mövzusunda keçirilən IV Bakı Beynəlxalq Teatr Konfransına ev sahibliyi edib. Konfrans çərçivəsində xarici və yerli mütəxəsislər Yuğ Dövlət Teatrının M.Mikayılovun "Medeya. Sekvensiya 01" və baş rejissor G.Ömərin "Naməlum Axundzadə" tamaşalarına baxıb. Hər iki tamaşa qonaqlar tərəfindən maraqla qarşılanıb. M.Mikayılovun "Medeya. Sekvensiya 01" tamaşası hər il Gürcüstanda keçirilən və teatr aləminin ən mötəbər festivallarından sayılan Tbilisi Beynəlxalq Teatr Festivalının təşkilatçılarından teatrşünas, doktor, professor İrina Qoqoberidzenin və festivalın koordinatoru teatrşünas Lela Oçuairinin xüsusi marağına səbəb olub və festivala dəvət edilib. Həmçinin Konfransın ikinci günü, noyabrın 8-də Yuğ Dövlət Teatrının ədəbi hissə müdiri, teatrşünas Elçin Cəfərov "Yuğ teatrı: Şərqdə Qərb paradoksu" adlı məruzə ilə çıxış edib. E.Cəfərovun çıxışı həm yerli, həm də xarici mütəxəssislər tərəfindən maraqla qarşılanıb.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!