21 May, 2011
"Qalatasaray" mövsümün son oyununa çıxacaq

Arda Turansız keçəcək oyunda Milan Baroş iştirak edəcək

Türkiyə Superliqasında rəzil olan "Qalatasaray" mövsümü bu gün başa vuracaq. Fanat.az xəbər verir ki, "Sarı-Qırmızılı"lar bu gün liqadan düşən "Konyaspor"la üzləşəcək.
Sezonu qalibiyyətlə bitirmək istəyən "Cim-Bom"lular bu gün azarkeşsiz meydana çıxacaq. Buna səbəb isə "Gənclərbirliyi" - "Qalatasaray" matçında yaşanan hadisələrdi. Bu hadisələrə görə "Qalatasaray"a bir oyun azarkeşsiz oynama və 45 min dollar cərimə edilib. Arda Turansız keçəcək oyunda Milan Baroş iştirak edəcək.

Bugünkü matçda olacaq heyətlər:

Qalatasaray: Ufuk, Sabri, Gökhan, Servet, Hakan Balta, Ayhan, Cana, Culio, Kewell, Stancu (Baros), Emre Çolak.

Konyaspor: Pawelek, Zayatte, Mejia Perez, Mehmet Sedef, Musa, Hakan, Ali, Ertuğrul, Gökhan, Kere, Robak.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!