8 Noyabr, 2016
49 ölkə IV İslam Həmrəyliyi Oyunlarında iştirakını təsdiq edib

49ölkə Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında öz iştirakını təsdiq edib.Trend-in məlumatına görə, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bu gün Bakıda IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədilə Koordinasiya Komissiyasının 4-cü iclasından sonra keçirilən mətbuat konfransında deyib.A.Rəhimov bildirib ki, bu, yüksək bir rəqəmdir: “Sevindirici haldır ki, Azərbaycanda keçirilən Oyunlar belə maraq doğurur. Bu, hələ son rəqəm deyil. İnanırıq ki, digər ölkələr də Oyunlarda iştirakını təsdiqləyəcək”Nazir qeyd edib ki, Oyunlarla bağlı çoxlu vacib məsələlər həll olunub: “Təşkilat komitəsi və işçiləri tam gücü ilə çalışır və bütün işlər öz qaydasında gedir. Oyunlarla bağlı bir çox məsələlər öz həllini tapır”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!