8 Noyabr, 2016
Xatirə İslam:"Bəzilərinin qeyrət damarı tutur"

Müğənni Xatirə İslamın ötən gün “5/5” verilişinə geyindiyi libas müzakirələrə səbəb olub.Sənətçinin seçim etdiyi qara libası sosial şəbəkələrdə tənqid atəşinə tutulub və birmənalı qarşılanmayıb.Əksər şəbəkə istifadəçiləri geyimin ona yaraşmadığını, qısa olduğunu qeyd ediblər.X. İslam “Qafqazinfo”ya bildirib ki, belə söz-söhbətlərə fikir vermir:

“Hamı belə geyinir, Xatirə belə geyinəndə bəzilərinin qeyrət damarı tutur. Yenə deyirəm, yetimin əlində qoğal pis görünür? Şou-biznesin 50 faizi belə libaslardan istifadə edir. Onlar haqqında heç danışmırlar. Mən isə geyinəndə söz-söhbətlər yaranmağa başlayır. Deməli, mən hər kəsə maraqlı qadınam”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!