7 Noyabr, 2016
Dəfnə yarpagı yorğunluğu götürür

 

Dəfnə yarpağını suda qaynatdıqdan sonra sirkə ilə qatıb ağızı qarqara etmək diş ağrısını sakitləşdirir. Dəfnə yarpağı mikroblara və infeksiyaya qarşı müqavimətlidir. Keçmişdə əncir və xurmanın xarab olmasının qarşısını amaq üçün onların arasında dəfnə yarpağı qoyurdular. Dəfnə yarpağı tərləməni, toxumu isə iştahanı artırır, mədəni qüvvətləndirir, xronik bronxit hallarında tövsiyə edilir. Yarpağı və meyvəsi zəhərlənməyə qarşı vasitə kimi tanınır. Əsəbdən olan ağrilar, yorğunluq, əzginlik zamanı və damarlrı genişləndrmək üçün dəfnə meyvəsini dəri üzərinə sürtməklə masaj etmək lazımdır. Toxumlarını işlətmək yaddaşı gücləndirir, təngnəfəslik və öskürək zamanı faydalıdır. Mədə və bağırsaqlarda qəliz qazların toplanması, sancı, qulunc, qara ciyər və böyrək xəstəliklərinə, dalaq, bel və oynaqlarda olan ağrılara qarşı müalicəvi əhəmiyyət daşıyır. Toxumunun yağı damarları genişləndirir, sinir  sisteminin faliyyəti üçün münasibdir, sulu zökəmə qarşı istifadə olunur. Arpa unu ilə təpitməsi isti şişlər və oynaq ağrıları zamanı faydalıdır.

Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!