7 Noyabr, 2016
Dəniz Yılmaz: "Çox xoşbəxtəm"

Azərbaycan millisinə ilk dəfə dəvət alan "Bursaspor"un hücumçusu Dəniz Yılmaz Türkiyə mətbuatına danışıb. Simsar.az xəbər verir ki, futbolçu meydana çıxmağa səbrsizləndiyini deyib: "Türkiyə millisinə çağırıldığım kimi 100 faiz həyəcan hiss etmirəm. Amma çox sevinirəm.Yeni bir mühitə girirəm. Çox xoşbəxtəm. Həyəcanla gözləyirəm. Türkiyənin əsas millisində oynamaq nəsib olmadı. Artıq bütün diqqətimi Azərbaycana yönəldirəm. Əlimdən gələni edəcəyəm. Oyunlarda sona kimi mübarizə aparacağam. Ümid edirəm ki, dünya çempionatının final mərhələsinə qatılacağıq".

Qeyd edək ki, D.Yılmaz DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya ilə oyun üçün ilk dəfə millimizə çağırılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!