3 Noyabr, 2016
Xuraman Vəfa "Bir damla mutluluk" la gəlir

Simsar. az saytı xəbər verir ki, “Vəfa” jurnalının təsisçisi və baş redaktoru şairə - publisist Xuraman Vəfa yeni  yaradıcılıq işlərinə start verib.   Bir müddət əvvəl çapdan çıxan “Gözlərimi sevmişdin” kitabından sonra şairə oxucularına təqdim edəcəyi maraqlı layihə üzərində işləyir.  Belə ki, "Bir damla mutluluk"  adlı yeni kitabının son redaktə işlərini görən X.Vəfa kitabla bağlı bunları deyib: “Üzərində son işləri gördüyüm yeni  "Bir damla mutluluk" adlı kitab türkcədir. Kitabı Türkiyədə nəşr etdirəcəyəm. Məni daha çox məhəbbət, sevgi şairəsi kimi tanıyırlar, baxmayaraq ki, vətənpərvər və başqa movzularda da şeirlərim, poemalarım var. Türkiyə türkcəsində hazırlanan "Bir damla mutluluk"-da həm sevgi, həm vətənpərvər, həm də türkçülüyü əks etdirən şeirlərim yer alacaq”.Kitab çapdan çıxdıqdan sonra həm burda həm də Türkiyədə geniş təqdimat keçirəcəyini söyləyən xanım şairə,  qardaş ölkədə yaradıcılıq işlərini davam etdirəcəyini bildirib.Qeyd edək ki, bir neçə il əvvəl  Xuraman Vəfanın türkcə yazılmış şeirlərinə  bəstəkarlardan Şəfiqə Axundova, Tahir Əkbər və Nailə Mirməmmədli,tərəfindən də musiqilər  bəstələnib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!