3 Noyabr, 2016
Anar Heybətovdan Sevdanın geyiminə REAKSİYA

“O geyimi Sevda xanım geyinmir. Serialın geyim rəssamı var. Aktyorlar üçün geyimləri geyim rəssamı düzənləyir”. Bunu Simsar.az-a açıqlamasında ATV-də yayımlanan “Sən olmasaydın” serialının baş qəhrəmanı müğənni Sevda Yəhyayevanın serialdakı tərəf müqabili Anar Heybətov deyib. Aktyorun sözlərinə görə, serialdakı geyimləri aktyorlar özləri seçmir:

“Bu geyimlər Sevda xanımın zövqündən və özündən asılı olan bir şey deyil. Necə məsləhət olunursa, elə də geyinir”

Qeyd edək ki,modelyer Nərgiz Muxtarova  “Qafqazinfo” ya açıqlamasında bir sıra serial qəhrəmanlarının, o cümlədən Sevda Yəhyayevanın serialdakı geyimlərini tənqid atəşinə tutub. ATV-də yayımlanan “Sən olmasaydın” serialının baş qəhrəmanı müğənni Sevda Yəhyayevadır. Aynur obrazını canlandıran Sevda zəngin bir ailənin gəlini, iş xanımıdır.

N. Muxtarova qeyd edir ki, Sevda obrazına uyğun geyinmir:

“Sevda Yəhyayeva varlı bir qadın obrazına görə, çox sadə, sıradan və zövqsüz geyinib, geyimlərin heç biri bugünkü dəbə uyğun deyil. Varlı bir qadın obrazı hər gün fərqli dizaynda, dəbə uyğun maraqlı geyimlər geyinməlidir. Bu geyimlərdə isə tələbə və ya məktəbli qıza daha çox bənzəyir.Təbii ki, ayaqqabıları və çantaları da, hər gün fərqli, geyiminə uyğun olmalıdır. Varlı bir xanımın eyni çanta və ayaqqabı istifadə etməsi gülməlidir. Dağınıq saçlar və göbək açıq köynək isə ofis stili deyil, “casual”, yəni gündəlik geyim tərzidir. Ofis tərzinə daha çox “classic” və “business casual” stilləri uyğundur”

Nihadə Eyyubova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!