3 Noyabr, 2016
Şəhid rejissorun adına təqaüd təqdim edildi

002 noyabr 2016-cı il tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının təsis etdiyi şəhid rejissor Vaqif Əhmədov adına təqaüd təqdim edildi.Mədəniyyət və Turizm Nazirliyindən Simsar.az-a verilən məlumata görə,ADMİU-nin elmi şurasının qərarı ilə, təqaüd rejissorluq fakültəsinin 4-cü kurs tələbəsi Günel Qafarovaya verildi.Qeyd edək ki, Vaqif Əhmədov adına təqaüd Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti arasında imzalanan birgə əməkdaşlıq haqqında niyyət protokolu əsasında təsis edilmişdir. Təşəbüssün əsas məqsədi peşəkar kino məktəbinin istedadlı davamçılarını aşkar etmək, iddialı tələbələrə dəstək olmaqdır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!