2 Noyabr, 2016
Rektor baba oldu

Bəstəkar Emin Kərimi ata olub. Simsar.az-ın məlumatına görə, Los-Ancelesdə yaşayan musiqiçinin oğlu dünyaya gəlib. O, bu haqda sosial şəbəkədə yazıb. Təəssüratlarını bölüşən E.Kərimi xoşbəxt olduğunu vurğulayıb:“Oğlandır, oğlan, oğlan! Ay Allah, hər şeyə görə sağ ol. Allah, bizi belə sevdiyin üçün sənə qurban olaram. Ad günümdə sevimli həyat yoldaşım mənə dünyanın ən gözəl hədiyyəsini verdi, oğul balası bəxş etdi. Mən ata oldum. İnana bilmirəm, Nəzifə Kərimi, səni sevirəm. Oğlum, bizim dünyaya xoş gəldin. Atanla anan səni çox gözlədilər. Bundan sonra noyabrın 1-də biz iki ad günü keçirəcəyik”.Qeyd edək ki, Emin Kərimi professor, bəstəkar, kino məsləhətçisi və Azərbaycan Milli Konservatoriyasının rektoru Səyavuş Kəriminin oğludur.Emin və Nəzifə cütlüyünün toyu ötən ilin martında olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!