1 Noyabr, 2016
Mətənət İsgəndərli:"Ən böyük arzum maşın sürməkdir"

“Kürəkənimə nə ev, nə maşın alaram. Qız verirəm, üstündə hələ maşın, ev də bağışlayım?”.Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Mətanət İsgəndərli deyib. “5/5” verilişinə qonaq olan müğənni bildirib ki, kürəkəninə heç vaxt bahalı hədiyyələr verməz:"Elə kürəkən ailənin qədrini bilməz. Mənim təcrübəm var, beləsini görmüşəm. O kürəkən heç kimə dəyər verməz".M.İsgəndərli avtomobil idarə edə bilmədiyini söyləyib: “Maşın sürə bilmirəm, sürücü ilə gəzirəm. Həyatda ən böyük arzum maşın sürməkdir”.

Qeyd edək ki, M.İsgəndərlinin bir oğlan, bir qız övladı var.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!