1 Noyabr, 2016
Əməkdar artist süd vəzi xərçənginə tutuldu

Tanınmış qarmon ifaçısı, əməkdar artist Gülbahar Şükürlü uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirmiş.Simsar.az ölkə.az-a istinadən xəbər verir ki, xəstəlik sənətçinin süd vəzilərindədir. Qeyd edilir ki, məhz bu səbəbdən G.Şükürlü mütəmadi olaraq həkim nəzarəti altındadır.Qeyd edək ki, bir müddət öncə də əməkdar artistin ağır xəstəliyə tutulduğu barədə xəbərlər yayılmışdı. O zaman Şükürlü bu xəbərləri təkzib etmişdi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!