1 Noyabr, 2016
"İnter” klubu cəzalandı-4 min manat cərimə

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.Simsar.az xəbər verir ki, İK Topaz Premyer Liqanın 10-cu turunda baş verən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul edib.Topaz Premyer Liqasının X turunun "Zirə” – "Kəpəz” matçında "Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.Oyunun 70-ci dəqiqəsində "Kəpəz” klubunun futbolçusu Tural Axundov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.Topaz Premyer Liqasının X turunun "İnter” – "Sumqayıt” matçının 83-cü dəqiqəsində meydançaya azarkeş daxil olduğu üçün oyunda fasilə yaranıb. "İnter” klubu oyunda təhlükəsizliyi tam təmin etmədiyinə görə klub 4000 manat cərimə olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!