31 Oktyabr, 2016
Qənirə Paşayevadan xeyirxah təşəbbüs

Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası Tovuz rayonunda millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə növbəti aksiyasını təşkil edib. Simsar.az xəbər verir ki, millət vəkili müayinəyə gələnlərlə görüşüb, onların problemləri ilə yaxından tanış olub və bir çox müraciətləri yerindəcə həll edib.

Səyyar klinikada xarici dövlətlərdə ixtisas almış yüksək səviyyəli həkim briqadası tərəfindən müraciət edən rayon əhalisinin gözləri diaqnostik müayinə olunub və lazım olanlara müalicə təyin edilib.

29-30 oktyabr tarixində kecirilən aksiyada 300-ə yaxın Tovuz sakininə baxış keçirilib və onlardan 20 nəfəri əməliyyat olunub.  Qənirə Paşayeva və mərkəzin elmi işçisi, həkim-oftolmoloq Y.Abdıyeva çıxış edərək aksiyanın əhəmiyyətini xüsusilə vurğulayıblar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!