31 Oktyabr, 2016
Livanın yeni prezidenti bəlli oldu

Livanda ölkənin yeni prezidenti seçilib. Xəbər verilir ki, ölkə qanunlarına əsasən, yeni prezident parlament tərəfindən seçilib. Millət vəkillərinin böyük əksəriyyəti bu posta general Mişel Aunu layiq görüblər. Mişel Aunun 81 yaşı var və dini etiqadına görə katolik-maronitdir. O, hərbi təhsilini Fransada alıb və 4 xarici dil bilir.

Qeyd edək ki, Livan parlamentinin 128 deputatının 65-i Mişelin lehinə əl qaldırıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!