20 May, 2011
Azərbaycanda 5 ayda 700 zəlzələ

Onlardan yalnız 8-ni hiss etmişik

Bu il Azərbaycan ərazisində 700 zəlzələ qeydə alınıb. 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktorunun müavini, Geofizika bölməsinin rəhbəri Azay Rzayevin Simsar.az-a verdiyi məlumata görə, seysmoloji stansiyalar tərəfindən qeydə alınan 700 zəlzələdən yalnız 8-i adi insanlar tərəfindən hiss olunub.

A.Rzayev həmçinin bildirib ki, hiss olunan yeraltı təkanların altısı ölkənin cənub və cənub-qərb, ikisi isə şimal-qərb istiqamətində qeydə alınıb.

Bu il ərzində hiss olunana yeraltı təkanların siyahısı:

14 yanvar – Zaqatala rayonu, 3 bal
28 fevral – Ağdaş-Qəbələ rayonları, 3-4 bal
3 mart – Füzuli rayonu (İran sərhədi), 3 bal
14 mart – Şirvan-Ağcabədi istiqaməti, 3-4 bal (yeraltı təkanlar kiçik fasilələrlə 3 dəfə təkrar olunub)
25 mart – Füzuli rayonu, 3 bal
5 aprel – Lənkəran rayonu – 3 bal

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!