31 Oktyabr, 2016
Poliklinika yandı, 22 nəfər təxliyə edildi

Kürdəmirdə poliklinikada yanğın baş verib. Simsar.az  FHN-ə istinadən bildirir ki, Səhiyyə Nazirliyinə məxsus, ümumi sahəsi 2940 m2 olan ikimərtəbəli poliklinika binasının zirzəmisində elektrik kabeli 4 p.m yanıb. Yanğın zamanı poliklinikanın 1-ci mərtəbəsindən yanğınsöndürənlər tərəfindən 22 nəfər (onlardan 9 nəfər uşaq, 13 nəfər xəstə ) tüstülənmiş ərazidən təxliyə olunub.

Poliklinika binası yanğından mühafizə olunub.

Yanğın saat 11:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!