31 Oktyabr, 2016
İraq Ordusu İŞİD-dən yeni əraziləri təmizlədi

İraq Ordusunun antiterror dəstələri Mosul yaxınlığında Bazvaya yaşayış məntəqəsini və bir neçə kəndi İŞİD terror təşkilatının döyüşçülərindən azad edib. Simsar.az RİA Novosti-yə istinadən məlumat verir ki,Mosulun azad edilməsi əməliyyatlarına komandanlıq edən general-leytnant Əbdüləmir Yaralla bildirib ki, azad edilmiş ərazilərdə artıq dövlət bayrağı ucaldılıb.

Bundan başqa, İraq Federal Polisi qüvvələri tərəfindən Mosuldan cənubda Suruc kəndinin azad edildiyi də bildirilir. Həmçinin Mosulun şərqində Tobruk, Tahraua kəndləri də İŞİD döyüşçülərindən təmizlənib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!