31 Oktyabr, 2016
Nazirlik əməkdaşı özünü güllələdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Saatlı rayon ərazi şöbsəinin məsləhətçi-müfəttişi ehtiyatsızlıqdan güllə yarası alıb.Simsar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.Məlumata görə, oktyabrın 30-da nazirlyin əməkdaşı Kərim Səlimov ov tüfəngi ilə ehtiyatsız davranıb və açılan atəşdən xəsarət alan yaralı xəstəxanaya yerləşdirilib.Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən hadisə yerindən "İJ-27" markalı tüfəng götürülüb.Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!